Tamaşaçılar Davosda zalı tərk etdilər - “Elə bildik Şakira oxuyacaq”
Dünya İqtisadi Forumuna qatılan müğənni Şakira Davosdan dünya elitasına müraciət edib. xalqxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Şakira onları inkişaf etməkdə olan ölkə uşaqlarının qidalanması və təhsilinə sərmayə qoymağa çağırıb:
“Bizi sarsıtmalıdır ki, 2017-ci ildə beş yaşına qədər olan 250 milyon uşaq fiziki və intellektual inkişafdan geri qalıb. Bu haqda bir saniyə düşünün. Biz ABŞ əhalisinin sayı ilə müqayisə olunacaq nəsildən bəhs edirik. Bu, uşaqlar üçün faciə və bizim hamımız üçün böyük uğursuzluqdur. Bura toplaşan hər biriniz bu məsələdə açar rolu oynamalıdır. Bunun üçün sizin insan resurslarınız var”.
Qeyd edək ki, Şakira builki Davos forumu çərçivəsində dünyanın yaxşılaşması üçün verdiyi töhfələrə görə mükafatlandırılan 3 mədəniyyət xadimindən biri olub.
Mükafat alanlardan biri də almaniyalı skripkaçı Anna-Sofi Mutter olub. Lakin Anna mükafatlandırma mərasimindən sonra Vivaldinin “İlin fəsilləri” əsərini ifa edərkən zaldakı iştirakçıların yarısı oranı tərk edib. Zalı tərk edən zaman tamaşaçılardan biri etiraf edib ki, əri ilə Şakiranın ifa edəcəyini gözləyirdilər.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub