SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Möhlət bitdi: Bu həftə Trampa İŞİD-lə mübarizə planı təqdim olunacaq

Möhlət bitdi: Bu həftə Trampa İŞİD-lə mübarizə planı təqdim olunacaq

Tarix:

27-02-2017, 17:06

/ 1 571 dəfə oxundu.
Möhlət bitdi: Bu həftə Trampa İŞİD-lə mübarizə planı təqdim olunacaq

Cim Maykls

"US Today"

Pentaqon bu həftə "İslam Dövləti"inə qarşı müharibə sürətləndirilməsi üçün Ağ Evə öz planlar təqdim edəcək.

Bu, prezident Trumpın seçki kampaniyası dönəmində cari strategiya dəyişdirmək və qlobal terror qrupunu əzmək istiqamətində ilk addımı olacaq.

Bəzi analitiklərin fikrincə, "əsaslı təmir" əvəzinə hərbi rəhbərlər, güman ki, bombardmanları genişləndirmək və quru hərəkatı tempi sürətləndirməklə bağlı düzəlişləri təklif edəcəklər.

Pentaqon, böyük ehtimalla, İraq və Suriyada terrorçulara qarşı mübarizədə yerli ehtiyat qüvvələrdən istifadəyə dair hazırkı siyasətə üstünlük verəcəklər. D.Trump bölgəyə American qoşunlarının göndərilməsi haqqında bədbin rəyini bildirib.

"Bu mövqe dəyişməyəcək", – Amerika Sahibkarlıq İnstitutunun analitiki Maykl Rubin deyib.

Müharibə Araşdırmaları İnstitutunun analitiki Cennifer Kafarella deyir ki: "Yeni təklif, yəqin ki, "İslam Dövləti"nə dair Obama administrasiyası strategiyasının "supersizing"ini təşkil edəcək.

Pentaqon rəsmiləri Ağ Evə təqdim olunmazdan əvvəl planın detalları müzakirə etməkdən imtina edib. Qərargah Rəisləri Komitəsini sədri general Cozef Danford yalnız bunu bildirib ki, plan prezidentin nəzərdən keçirəcəyi "variantlar"dan ibarətdir.

Ötən ay Tramp "İslam Dövləti" məğlub etmək üçün plan hazırlamaqdan ötrü Pentaqon və müdafiə naziri Cim Mattisə 30 gün möhlət verib. Seçki kampaniyası dövründə o, terrorçulara çəkə bilmədiyinə görə Obama administrasiyasını dəfələrlə tənqid edib.

Pentaqon "DAEŞ" ya da "İŞİD" kimi tanınan "İslam Dövləti"nə qarşı strategiyaya mübarizəni güclənəcək bir sıra düzəlişlər tövsiyə edə bilər. Məsələn, analitiklərin sözlərinə görə, İraq və Suriyada yerli quru qüvvələrə dəstəyi artırmaq üsullarını və silahlı qüvvələrdən istifadədənin məhdudlaşdırılması.

"Cari prosesi çərçivəsində bəzi hava hücumları üçün təsdiq həftələ çəkə bilər. Və mülki əhali arasında itkilərin məhdudlaşdırılmasına dair Obama administrasiyasının qaydaları beynəlxalq hüququn tələblərindən kənardır", – C.Kafarella bildirib.

"Tramp zərər haqqında kifayət qədər narahat olmaq niyyətində deyil", – M.Rubin deyib.

Pentaqon İraq və Suriyadakı yaxın döyüşlərdə kiber və kosmik geniş silahlardan istifadəni, ABŞ hərbi məsləhətçilərinin yerləşdirilməsi tövsiyə edə bilər. Lakin hazırda özlərini ifşa qarşısını almaq üçün onlara ön xətdən uzaqda durmaq və ümumiyyətlə hərbi əməliyyatların getdiyi yerdən kənardakı qərargahlarda oturmaq əmr edilib.

Sabiq prezident Barak Obama İraq və Suriya üçün səfərbər edilən qoşunlarının ciddi şəkildə məhdud sayda gətirib və hərbi qərarlar verməni Ağ Evlə yetərli edib. M.Rubinin fikrincə, Tramp güman ki, əməliyyatlarda generallar daha çox səlahiyyətlər verəcək.

"Birləşmiş Ştatları Suriyada "İslam Dövləti" ilə mübarizə aparan kürd qüvvələrə birbaşa dəstəyi nəzərdən keçirə bilər", – M.Rubin bildirib. – Kürdlər "İslam Dövləti"nə qarşı təsirli döyüşçülər olub, lakin ABŞ Türkiyəyə müxalifliyindən onları silah-sursatla birbaşa təmin etməyib. Türkiyə hökuməti Suriyadakı kürdlərin müstəqillik üçün mübarizə apan Türkiyədaxili qruplara bağlılığından ehtiyatlanır.

Pentaqonun planı Maliyyə Nazirliyi, dövlət idarələri, habelə digər orqanlarla koordinasiyada hazırlanıb. İraq və Suriyada kənarda "İslam Dövlət"inin təsiri altında olan Şimali Afrika, Yəmən, Əfqanıstan və digər yerlər də nəzərə alınıb.

Birləşmiş Ştatları "İslam Dövləti" ilə mübarizədə ərəb və kürd qüvvələri ilə məsləhətləşərək, Suriyaya təxminən 500 əsgər səfərbər edib. İraqda təxminən 5 min ABŞ hərbçisi təlim, məsləhət verir və İraq silahlı qüvvələri dəstəkləyir.

Pentaqon elan edib ki, Ağ Ev təqdim etdiyi plan geniş strateji icmal olacaq və özünə hərbi qüvvələrin sayı barədə tövsiyələri daxil etməyəcək.Cari strategiya Suriya və İraqda "İslam Dövləti" nəzarətində olan ərazilərin geri alınmasında müəyyən uğurlar göstərdiyi üçün Pentaqonun yeni təklifi daxilində Ağ Evə təqdim olunacaq.

ABŞ dəstəklədiyi İraqın hərbi qüvvələri Mosul şəhəri uğrunda döyüşün son mərhələsində beynəlxalq hava limanı və şəhərin qərb tərəfində bəzi məhəllələr təmizlənib. Ötən ay şəhərin şərq tərəfində İraq hökuməti tərəfindən azad elan edilib.

Suriyada koalisiyanın dəstəklədiyi qüvvələr Raqqaya – "İslam Dövlət"nin paytaxtına hücuma hazırlaşır.

Bəzi analitiklər Tramp "İslam Dövləti"nin artmasına, sünnilər və şiələr arasında gərginliyə gətirib çıxaran regiondakı siyasi şəraiti dəyişəcək strategiyasının geniş nəzərdən keçirilməsini istəyir. J.Kafarella deyir: "Məsələ bundadır ki, təşkilatları məğlubiyyətini davam edəcək siyasi şərait və tənzimləyən şərait yaratmaq lazındır".
(Tərcümə: Strateq.az)

Şərhlər

XƏBƏR LENTİ