8 Martda hər qadına 40 manat hədiyyə veriləcək
Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov maraqlı sərəncam imzalayıb
Sərəncama əsasən, 8 Mart – Beynəlxalq Qadınlar günündə ölkədə yaşayan hər bir qadına dövlət başçısının adından 40 manat hədiyyə olunacaq.
Pul hədiyyəsi martın 1-dən 5-nə qədər olan dövrdə rəsmən işlə təmin olunmuş, təhsil alan, yaxud müavinət və təqaüd alan qadınlara paylanacaq. İşsiz qadınlar siyahıya daxil edilməyib. Bundan əlavə, 8 və daha çox uşağı olan qadınlara “Ene Məhri” medalı təqdim olunacaq.
Qeyd edək ki, aztəminatlı ailələrə prezidentin adından yeni mənzillərin açarları təqdim ediləcək. Aztəminatlıların necə müəyyənləşdiriləcəyi və neçə mənzilin təqdim ediləcəyi açıqlanmayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...