Ərdoğan Əliyevə zəng vurdu - Birinci xanıma görə
Fevralın 21-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
xalqxeber.az xəbər verir ki, Türkiyə Prezidenti xanım Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bağlı təbriklərini çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Sonra Türkiyə Prezidenti xanım Mehriban Əliyeva ilə danışaraq onu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, yüksək dövlət vəzifəsində fəaliyyətində uğurlar arzulayıb.
Xanım Mehriban Əliyeva göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...