XalqXəbər.Az

XalqXeber.Az » Dünya » SEPAH Pezeşkianın orduya 20 milyon barel neft ayrılması barədə xəbəri təsdiqləməyib

SEPAH Pezeşkianın orduya 20 milyon barel neft ayrılması barədə xəbəri təsdiqləməyib

SEPAH Pezeşkianın orduya 20 milyon barel neft ayrılması barədə xəbəri təsdiqləməyib
Dünən, 16:00

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hökumətin onlara 20 milyon barel neft verməsini təsdiqləməyib.

Bunu SEPAH-ın sözçüsü Hüseyn Mohəbbi bildirib.

"Bunun doğru olduğuna şübhə edirəm", - H. Mohəbbi vurğulayıb və məsələ ilə bağlı heç bir məlumatının olmadığını deyib.

Onun sözlərinə görə, döyüş əməliyyatları aparmaq üçün silahlı qüvvələri dəstəkləmək hökumətin vəzifəsidir: "Təbii ki, düşmənə qarşı durmaq və müxtəlif bölmələri təchiz etmək üçün büdcəyə ehtiyacı var. Hökumət bu büdcəni təmin etməyə borcludur.

Hökumətin həqiqətən SEPAH-a neft verməsi barədə məndə məlumat yoxdur və bunun baş verdiyinə şübhə edirəm, çünki Korpusun bunun üçün mexanizmi mövcud deyil".

Xatırladaq ki, iyunun 19-da "Bloomberg", 21-də isə "Iran International" ölkə Prezidenti Məsud Pezeşkianın hökumətə məxsus 20 milyon barel xam nefti hərbi potensialın, xüsusilə Hava-Kosmik Qüvvələrinin təchizatı və maliyyə imkanlarını gücləndirmək məqsədilə SEPAH-a təhvil verdiyi barədə məlumat yayıb. "O, ölkənin hərbi qüvvələrinin dəstək olmadan fəaliyyət göstərə bilməyəcəyini vurğulayaraq, bu qərarı müdafiə edib", - məlumatda bildirilib.

Qeyd edək ki, bu qərar İranda ağırlaşan sosial-iqtisadi böhran fonunda bir çox müxalif dairələr tərəfindən tənqidlə qarşılanıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.