İranın yeni təklifi köhnəsindən fərqlənmir - KİV
İranın irəli sürdüyü son təkliflər paketi ABŞ Prezidenti Donald Tramp tərəfindən artıq rədd edilmiş əvvəlki variantlardan demək olar ki, fərqlənmir.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik yazır ki, Tehranın yenilənmiş sənədində regional hərbi əməliyyatların dayandırılması, ABŞ qoşunlarının geri çəkilməsi, müharibə təzminatının ödənilməsi, sanksiyaların tamamilə ləğvi və dəniz blokadasına son qoyulması kimi bəndlər yer alıb.
Məlumata görə, son günlər Ağ Evin İran aktivlərinin dörddə birini dondurmaqdan azad etməyə və MAQATE-nin nəzarəti altında dinc nüvə fəaliyyətinə icazə verməyə razılaşdığı barədə xəbərlər yayılsa da, rəsmi Vaşinqton bu iddiaları sürətlə təkzib edib. ABŞ rəsmisi agentliyə açıqlamasında danışıqlar dövründə neft sanksiyalarının müvəqqəti dayandırılması barədə məlumatların tamamilə əsassız olduğunu bildirib.
Xatırladaq ki, rəsmi Tehranın sülh müzakirələrinə qayıtmaq üçün irəli sürdüyü 5 əsas şərtə qarşı ABŞ da öz sərt tələblərini masaya qoyub. Vaşinqton 400 kiloqram zənginləşdirilmiş uranın təcili olaraq İrandan ABŞ-yə çıxarılmasını, ölkədə yalnız bir nüvə obyektinin saxlanılmasını tələb edir və hər hansı təzminat ödənişindən qəti şəkildə imtina edir. Tərəflər arasında bu istiqamətdə kəskin fikir ayrılığı davam etdiyi bir vaxtda, Avropa tərəfi regional gərginliyi azaltmaq məqsədilə Hörmüz boğazının blokadadan çıxarılması üçün İranla ayrıca danışıqlara başlayıb.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub