Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ ordusunun Cask limanı və Hörmüz boğazı yaxınlığında iki İran tankerinə hücumunu pisləyib.
APA-nın Tehran bürosunun məlumatına görə, İran XİN-in yaydığı bəyanatda bildirilib ki, bu hücumlar atəşkəs barədə razılaşmanın və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır.
Qeyd olunub ki, İran ordusu bu hücumlara cavab verib və qarşı tərəf öz məqsədlərinə çata bilməyib.
İran XİN ABŞ rəsmilərinin mövqeyini tənqid edərək, Vaşinqtonun Fars körfəzi və Oman dənizindəki hərbi mövcudluğunun regionda təhlükəsizliyə xidmət etmədiyini, əksinə qeyri-sabitliyi artırdığını vurğulayıb.
Rəsmi Tehran BMT Baş katibini və Təhlükəsizlik Şurasını üzərlərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırıb.
“İran region dövlətlərini qarşılıqlı etimada əsaslanan, xarici qüvvələrin müdaxiləsindən uzaq təhlükəsizlik mexanizmi yaratmağa dəvət edir”, - bəyanatda deyilir.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub