Ukraynanın Buça şəhərində iki partlayış olub, polis hadisəni terror aktı kimi qiymətləndirib
Ukraynanın Kiyev vilayətinin Buça şəhərində martın 23-ü səhər saatlarında çoxmənzilli yaşayış binasının yaxınlığında iki partlayış baş verib.
Bu barədə "RBK-Ukrayna" Kiyev Vilayət Şəhər Administrasiyasının rəhbəri Nikolay Kalaşnikin teleqram hesabına və Kiyev vilayəti Milli Polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, polis baş verənləri terror aktı kimi qiymətləndirib.
"Bu gün səhər saatlarında Buçada çoxmənzilli yaşayış binasının yaxınlığında naməlum əşyanın partlayışı baş verib. Partlayış nəticəsində binadakı pəncərələrin şüşələri zədələnib", - N.Kalaşnik qeyd edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyərkən ikinci partlayış baş verib, nəticədə iki polis əməkdaşı yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur.
Hadisə yerində polis, partlayış üzrə mütəxəssislər və xilasedicilər işləyirlər. Ərazi əhatəyə alınıb, yoxlamalar davam edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...