Londonda Qubadlının işğalına qarşı etiraz aksiyası erməniləri qəzəbləndirib
Londonun səs-küylü küçələrindən birində qaraya bürünmüş skripkaçı Qubadlının işğalı günündə Azərbaycanın kədərli musiqisini ifa edib.
London küçələrində şəxsi mövqeyin dinc ifa edilməsi Böyük Britaniya qanunlarına uyğun olmasına baxmayaraq, Ermənistan səfirliyinin diplomatı musiqiçinin bu hərəkətinə emosional tərzdə reaksiya verib. Erməni diplomatı hətta musiqiçinin əlindən skripkanı almağa belə cəhd göstərib. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) London nümayəndəliyinin başçısı Cek Peqoraro Qubadlının işğalı günü barəsində məlumat verdikdən sonra erməni diplomatı Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi faktına sərt cavab verib, əsəblərini cilovlaya bilməyib və sonda polis çağırıb. Hadisə yerinə gələn polis əməkdaşı deyib: “Bura Böyük Britaniyadır. Burada hər kəsin öz dinc etirazını nümayiş etdirmək hüququ var”.
Cek Peqoraronun dediklərindən: "Bugünkü etiraz aksiyası Azərbaycanın Qubadlı rayonunun işğalının 24 illiyi ilə bağlıdır. Qara paltar geyinmiş üzü bağlı bir xanımın “Bayatı Şiraz” və “Sarı Gəlin” musiqil əsərlərini ifa etməsi qətlə yetirilmiş və ya öz yurd-yuvalarından didərgin salınmış azərbaycanlılara həsr edilir. Ermənistan səfirliyinin qarşısına yığışaraq biz ermənilərin yadına salmaq istəyirik ki, Azərbaycan Dağlıq Qarabağ və ona bitişik bölgələrin işğalı ilə heç zaman barışmayacaq”.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb