İran küçələrində qan - Hadisə şahidindən sarsıdıcı açıqlama
Avstraliyanın ABC telekanalı İranda baş verən son kütləvi etirazların zorakılıqla yatırılmasına dair sarsıdıcı reportaj yayımlayıb.
Reportaj İran–Avstraliya vətəndaşı olan, yaxın günlərdə İrandan Sidney şəhərinə qayıdan Əli adlı şəxsin birbaşa şahidliyinə əsaslanır.
Əli bildirib ki, yanvarın 8-də İran hakimiyyəti ölkə üzrə rabitəni tamamilə kəsdiyi anda küçələrdə misli görünməmiş etiraz dalğası başlayıb. Onun sözlərinə görə, aksiyalarda cəmiyyətin bütün təbəqələri – gənclər və yaşlılar, ailələr, uşaqlar, hətta çarşaflı dindar qadınlar belə iştirak edib. Şahid deyir ki, izdiham “Diktatora ölüm olsun” şüarları səsləndirirdi və bu mənzərə cəmi bir ay əvvəl İran üçün təsəvvürolunmaz idi.
Lakin etirazların dinc xarakteri uzun sürməyib. Əlinin dediyinə görə, təhlükəsizlik və repressiv qüvvələr aksiyalara qarşı dərhal sərt güc tətbiq edib. Küçələrdə gözyaşardıcı qazdan və odlu silahlardan istifadə olunub. Şahidin sözlərinə əsasən, onun gözləri qarşısında ən azı iki etirazçı güllələnərək öldürülüb.
Reportajda vurğulanır ki, rabitənin kəsilməsi fonunda baş verən bu hadisələr barədə məlumatların yayılması çətinləşsə də, ölkədən çıxan şahidlərin açıqlamaları İran küçələrində baş verən qanlı mənzərəni üzə çıxarır. Independent Persian mənbəsinin də təsdiqlədiyi bu məlumatlar, etirazların miqyası və rejimin sərt cavabı barədə beynəlxalq ictimaiyyətdə narahatlığı daha da artırıb.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb