XalqXəbər.Az

XalqXeber.Az » Dünya » İrandakı etirazlarda daha bir polis əməkdaşı öldürüldü

İrandakı etirazlarda daha bir polis əməkdaşı öldürüldü

İrandakı etirazlarda daha bir polis əməkdaşı öldürüldü
10-01-2026, 14:42

İranda etirazlar zamanı daha bir polis əməkdaşı öldürülüb.

Bu barədə “Tasnim” məlumat yayıb.

Hadisə paytaxt Tehran yaxınlığında qeydə alınıb. Polis əməkdaşı Məhəmməd Puribrahim təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşma zamanı yaralanıb və xəstəxanada vəfat edib.

Qeyd edək ki, “Human Rights Activists”in (HRANA) hesabatına görə, etirazlar başlayandan bəri təxminən 4-ə yaxın polis və digər təhlükəsizlik əməkdaşı öldürülüb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.