XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Nyu-Cersidə iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb

Nyu-Cersidə iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb

Nyu-Cersidə iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb
20-12-2025, 10:32

ABŞ-nin Nyu-Cersi ştatında iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb.

Bu barədə "New Jersey Transit" korporasiyasının nümayəndəsi bildirib.

"Cümə günü axşam Monkler-Bunton xəttində iki qatar toqquşub", - məlumatda qeyd edilib.

Qəza nəticəsində 17 nəfər yüngül xəsarətlər alıb.

Hazırda Nyu-Cersi nəqliyyat şirkətinin polisi hadisənin baş vermə şəraitini araşdırır. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Monkler-Bunton xəttində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.