HƏMAS silahlarını təhvil verməyə hazır olduğunu açıqladı
HƏMAS hərəkatı silahlarının "dondurulması və ya ehtiyatda saxlanması" məsələsini müzakirə etməyə hazırdır.
Məlumatı "Associated Press" (AP) yayıb.
HƏMAS-ın siyasi bürosunun üzvü Qasım Naim hərəkatın mövqeyini açıqlayıb:
"Biz eskalasiyanın və ya hər hansı əlavə toqquşmaların və ya partlayışların qarşısını almaq üçün hərtərəfli yanaşmaya açığıq. Fələstinlilər bu atəşkəs və ya sülh dövründə silahdan ümumiyyətlə istifadə etməmək zəmanəti verdikləri təqdirdə, arsenalın dondurulması və ya ehtiyatda saxlanması məsələsini müzakirə edə bilərik".
Naim izah edib ki, hərəkat "müqavimət göstərmək hüququnu" saxlasa da, Fələstin dövlətinin qurulmasına yönəlmiş prosesin bir hissəsi olaraq silahlarını yerə qoymağa hazırdır.
HƏMAS nümayəndələri əvvəllər silahları Fələstin Milli Hakimiyyətinin nəzarətinə verməyə hazır olduqlarını bildiriblər.
ABŞ tərəfindən hazırlanmış sülh planı HƏMAS-ın ikinci mərhələdə tərksilah edilməsini nəzərdə tutur, buna görə də Siyasi Büro üzvü "sazişdəki ən aktual məsələlərdən birini həll etmək üçün mümkün bir formul təklif edib", lakin agentlik qeyd edir ki, bu formulun İsraili qane edəcəyinə dair heç bir əminlik yoxdur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...