XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Rusiya Odessanı ballistik raketlə vurub, ölən və yaralılar var

Rusiya Odessanı ballistik raketlə vurub, ölən və yaralılar var

Rusiya Odessanı ballistik raketlə vurub, ölən və yaralılar var
23-09-2025, 13:22

Bu gün Rusiya Ukraynanın Odessa vilayətinin Belgorod-Dnestrovsk rayonuna ballistik raketlərlə hücum edib.

Bu barədə “RBC-Ukrayna” Odessa vilayət prokurorluğuna istinadən məlumat verib.

Məlumata görə, hücumun hədəfi Tatarbunarı şəhərinin mərkəzi olub.

Prokurorluq raket hücumunun baş verdiyi ərazidə xeyli sayda binanın dağıldığını bildirib.

Hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.