Fransanın ikiüzlü siyasəti - Başqasına azadlıq dərsi keçən Parisin kolonializm ambisiyaları - ŞƏRH
Dünyada və müxtəlif beynəlxalq platformalarda özünü insan hüquqları və demokratiyanın beşiyi, azadlıq ideyaları, insan hüquqları və ədalətin əsas müdafiəçisi kimi təqdim edən Fransanın qlobal arenada maskası düşməyə davam edir.
Fransa on illərdir Fransız Polineziyasına qarşı laqeyd, hegemon və beynəlxalq hüquq normalarına saymazlıq nümayiş etdirir. Yelisey sarayı Avropada və dünyada ədalət və bərabərlikdən dəm vurduğu halda, dənizaşırı müstəmləkələrində xalqların hüquqlarını tapdalayır.
Bunun ən bariz nümunəsi bu yaxınlarda Nikaraquada keçirilən BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C-24) növbəti regional seminarı çərçivəsində Fransız Polineziyasının (FP) prezidentinin rəsmi nümayəndəsi Mareva Lechat-Kitalongun kürsüdən səsləndirdiyi fikirlərdir.
FP rəsmisi çıxışında Fransanın beynəlxalq hüququ heçə saydığını və beynəlxalq öhdəliklərdən hansı yollarla qaçdığını ifşa edib.
Hələ 2013-cü ildə (17 may) BMT Baş Assambleyası Fransız Polineziyasının dekolonizasiya edilməli olan ərazilərin rəsmi siyahısına daxil edib. Bu qərar o dövrdə dünya birliyi tərəfindən tarixi ədalətin bərpası kimi qəbul edilsə də, bu günə qədər rəsmi Paris bu məsələdə bir addım belə atmayıb.
Bununla belə, Fransaya qarşı heç bir hüquqi addım atılmayıb. Bu, qlobal miqyasda özbaşınalıq sayılır. Rəsmi Paris əslində keçmişi ilə üzləşmək və bir xalqın suverenlik hüququnu tanımaqla nümunəvi addım ata bilərdi. Amma aradan 13 il keçsə də, nəinki dekolonizasiya, hətta bu istiqamətdə rəsmi siyasi dialoqu başlatmaq üçün heç bir təşəbbüs irəli sürülməyib.

Hər zaman olduğu kimi, Fransa sadəcə zaman qazanmaq, status-kvonu qorumaq üçün müxtəlif diplomatik manevr və manipulyasiyalardan istifadə edir. Bu üsullardan ən rüsvayçısı isə "boş stul" siyasətidir. Bu, fransız hökumətinin iç üzü, dünya qanunlarına, beynəlxalq hüquqa, BMT kimi quruma olan "hörmətinin" bariz göstəricisidir. Bu biabırçı "diplomatik gediş"lə Yelisey sarayı C-24 regional seminarları qəsdən boykot edir, müzakirələrdə iştirak etmir, danışıqlar masasını boş qoyur.
Əslində bu hərəkəti ilə Fransa sübut edir ki, dialoqdan, Fransız Polineziyası rəhbərliyinin haqlı arqumentlərindən qorxur, paralel olaraq isə hamıya yuxarıdan aşağı baxır, beynəlxalq aktları ciddi qəbul etmir.
Ehtimal etmək olardı ki, uzun müddətdən sonra rəsmi Paris nəhayət beynəlxalq hüquqa, BMT-yə hörmətlə yanaşacaq. Amma 2023-cü ildə atılan addımlar bunun tam əksini sübut etdi. Fransa "boş stul" siyasətini daha aqressiv yanaşma ilə əvəzlədi.
Fransız hökuməti FP-nin koloniyadan azad edilməli olan ərazilər siyahısında olmasını şübhə altına alır, bununla da BMT qərarlarının legitimliyini sıfırlamağa çalışdı.
Əlavə edək ki, bu cür yanaşma həm də hüquqi sənədlərlə bağlı böhran yaradır, bütöv bir xalqın əzilməsi, hüquqlarının tapdalanması, haqq səsinin boğulması mənasına da gəlir. Tarix də sübut edir ki, bir xalqın gələcəyinə, hüququna qarşı atılan bu tip addımlar sonradan böyük bir qəzəbin ortaya çıxmasına səbəb ola bilər.
Rəsmi Parisin özbaşınalığı BMT-nin hansısa bir dövlətin imperialist maraqlarına qurban verilməsi haqlı bir sualı ortaya çıxarır: Əgər Fransa kimi böyük dövlətlər BMT-nin ali orqanlarının qərarlarını sadəcə kağız parçası hesab edib icra etməyəcəksə, onda bu beynəlxalq təşkilat kimə və nəyə lazımdır? BMT qətnamələrinin bu cür tapdalanması, qurumun dünyadakı nüfuzunu sıfırlayır və beynəlxalq hüququn artıq işləmədiyini, sadəcə güclülərin maraqlarına xidmət edən bir alətə çevrildiyini göstərir.

Bu gün baş verən bu hüquq pozulması əslində Azərbaycana da tanış bir mənzərəni xatırladır. Vaxtilə rəsmi Bakı da bu cür ikiüzlü yanaşmanın və beynəlxalq laqeydliyin şahidi olub. Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT tərəfindən qəbul edilən 4 qətnamə böyük güclərin, xüsusən də Fransanın maraqlı olduğu status-kvonun qorunması ucbatından kağız üzərində qaldı.
Azərbaycan xalqı onilliklər ərzində beynəlxalq hüququn reallaşmasını, qlobal ədalətin bərqərar olmasını gözlədi, lakin dünya birliyi təcavüzkara qarşı heç bir real addım atmadı. Sonda Azərbaycan öz gücü hesabına o qətnamələri yerinə yetirməli və ədaləti təkbaşına bərpa etməli oldu.
Bu gün Fransız Polineziyası da eyni ssenari ilə üzləşib. Bu da haqlı olaraq, Fransız Polineziyasında bir sualı ortaya çıxarır: dekolonizasiya prosesinin başlaması üçün nə qədər vaxt keçməlidir? Fransa nə vaxt danışıqlar masasına əyləşib bir xalqın taleyini həll etmək üçün siyasi iradə nümayiş etdirəcək?
Nikaraquada kürsüdən səslənən fikirlər göstərir ki, artıq xalq öz səsini dünyaya çatdırmaq, ədaləti bərpa etmək niyyətindədir. Onlar rəsmi Parisin gözündə təbəə kimi görünməkdən artıq yorulduqlarını, bu yoldan dönməyəcəklərini bəyan edirlər. Xalqın liderləri isə Fransa boyunduruğundan qurtulmaq üçün BMT platformalarından istifadə edəcəyini kəskin dillə bildirir.

Ehtimal etmək olar ki, cari ilin oktyabr ayında bu mübarizə kəskin bir fazaya qədəm qoyacaq. Fransız Polineziyasının Prezidenti Moetai Brotherson şəxsən BMT-nin Dördüncü Komissiyası qarşısına çıxaraq, bütöv bir xalqın azadlıq və suverenlik iradəsini birbaşa dünya birliyinin kürsüsündən səsləndirəcək. Bu addım rəsmi Parisin beynəlxalq hüququ boğan yalanlarına qarşı sarsıdıcı bir siyasi demarş və müasir kolonializmə qarşı aşkar bir meydan oxumadır.
Paralel olaraq isə irəli sürülən hüquqi tələblər Makron hökumətini çətin vəziyyətdə qoya bilər. Çünki BMT-nin xüsusi monitorinq missiyasının Fransız Polineziyasına göndərilməsi əslində Yelisey sarayının çəkindiyi addım ola bilər.
Beynəlxalq müşahidəçilərin buraya səfəri Fransanın 193 nüvə sınağı və onun dəhşətli fəsadları, yerli əhalinin məruz qaldığı sosial, ekoloji və tibbi problemlərin rəsmi hesabatlarda öz əksini tapması deməkdir. Eyni zamanda növbəti il BMT-nin C-24 Komitəsinin rəsmi seminarının məhz Fransız Polineziyasında keçirilməsi təklifinin də səbəbi əslində fransız manipulyasiyalarına qarşı sərt addım, mübarizəni Yelisey sarayının qapılarına daşımaq mənasına gəlir.
Bu, Parisi öz müstəmləkəsində beynəlxalq birliklə üz-üzə gətirmək strategiyasıdır. Əgər oktyabr ayında keçiriləcək tədbirdə yuxarıda sadalananlar əldə edilsə, Fransanın müstəmləkə siyasəti növbəti dəfə ifşa olunacaq. Rəsmi Paris gec-tez danışıqlar masasına əyləşməli, törətdiyi cinayətlərə görə cavab verməli olacaq...(Report) XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu