XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Senatorlar Uoltsun ABŞ-nin BMT-dəki nümayəndəsi olmasına qarşı çıxmayıblar

Senatorlar Uoltsun ABŞ-nin BMT-dəki nümayəndəsi olmasına qarşı çıxmayıblar

Senatorlar Uoltsun ABŞ-nin BMT-dəki nümayəndəsi olmasına qarşı çıxmayıblar
18-09-2025, 10:30

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Mayk Uoltsun ölkənin BMT-dəki daimi nümayəndəsi postuna təsdiqini tövsiyə edib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Qeyd olunub ki, komitə sentyabrın 17-də ABŞ prezidenti Donald Trampın müxtəlif vəzifələrə irəli sürdüyü 36 namizədə səs verib.

Qanunvericilər, həmçinin, əvvəllər prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsində çalışmış Uoltsunn ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təsdiq edilməsini tövsiyə ediblər.

Bundan başqa, qanunvericilər Ağ Evin Aparat rəhbəri Sergio Qoranın ABŞ-nin Hindistandakı səfiri vəzifəsinə namizədliyini dəstəkləyiblər.

İndi onların namizədliyi baxılması üçün ABŞ Senatının tam tərkibinə təqdim olunacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.