XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Sülh sazişini imzalamaq üçün Azərbaycanla məsləhətləşmələr aparırıq

Sülh sazişini imzalamaq üçün Azərbaycanla məsləhətləşmələr aparırıq

Sülh sazişini imzalamaq üçün Azərbaycanla məsləhətləşmələr aparırıq
29-05-2025, 14:58

Biz sülh sazişinin imzalanması üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparırıq.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 29-da jurnalistlərlə söhbətində bildirib.

O izah edib ki, sülh müqaviləsinin mətni yekunlaşıb və indi sənədin imzalanması qalır.

Qriqoryan sülh sazişinin imzalandığı gün Ermənistanın ATƏT-in Minsk Qrupunu buraxmağa hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Ermənistan konstitusiyası məsələsində İrəvanın mövqeyi məlumdur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.