XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Tramp ölkələr üçün rüsumlardan istisnalar tətbiq edə biləcəyini deyib

Tramp ölkələr üçün rüsumlardan istisnalar tətbiq edə biləcəyini deyib

Tramp ölkələr üçün rüsumlardan istisnalar tətbiq edə biləcəyini deyib
12-04-2025, 09:40

 Birləşmiş Ştatlar bəzi ölkələr üçün cavab rüsumlarından istisnalar tətbiq edə bilər, lakin minimum 10 %-dən aşağı olmamaqla.

Bu barədə ABŞ Prezidenti Donald Tramp cümə günü prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Bəli, əlbəttə, bir neçə istisna ola bilər, lakin mən deyərdim ki, 10 % minimum həddir”, – dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, “bir çox ölkə” ABŞ ilə ticarət sazişlərinin bağlanması üzrə məsləhətləşmələr aparmaq istəyir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.