Məşhur “vor zakon” Yunus Bakinski saxlanıldı - VİDEO
Rusiyanın Ulyanovsk şəhərində məşhur azərbaycanlı kriminal avtoritet, “Yunus Bakinski” ləqəbli Yunus Nəzərov saxlanılıb. 56 yaşlı “vor zakon”un saxlanılması üçün formal əsas kimi onun miqrasiya qanunvericiliyini pozması göstərilib.
“Yunus Bakinski”nin polisdə dindirilməsinin videosu internetdə yayılıb. O deyir ki, Azərbaycan vətəndaşıdır və Ulyanovska “dincəlmək üçün” 10-15 günlüyünə gəlmişdi. Kriminal avtoritet şəhərdə hansı ünvanda qaldığını “xatırlamır”, bildirir ki, qaldığı yeri tez-tez dəyişirdi. Habelə Nəzərov təsdiq edir ki, “vor” kriminal statusu daşıyır.
Yunus Nəzərov indiyədək 6 dəfə məhkum olunub. Ona “vor zakon” statusunu 1982-ci ildə “Yetim Hüseyn” ləqəbli kriminal avtoritetin tövsiyəsi ilə veriblər.
Hazırda onun Rusiyadan Azərbaycana deportasiya edilməsi məsələsinə baxılır. “Yunus Bakinski” 2015-ci ilin iyun ayında da Rusiyada saxlanılmışdı və “miqrasiya qanunvericiliyini pozduğu üçün” Azərbaycana deportasiya edilmişdi.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb