XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Hakan Fidan: Yaxın Şərqin militarizasiyası nüvə müharibəsi təhlükəsi yaradır

Hakan Fidan: Yaxın Şərqin militarizasiyası nüvə müharibəsi təhlükəsi yaradır

Hakan Fidan: Yaxın Şərqin militarizasiyası nüvə müharibəsi təhlükəsi yaradır
30-11-2024, 15:40

Yaxın Şərq və Asiya-Sakit okean regionunda sürətli militarizasiya dünyada nüvə müharibəsi təhlükəsinə gətirib çıxara bilər.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən “TRT World” forumunda bildirib.

Onun fikrincə, hazırkı dünya nizamı əleyhinə mübarizə aparılmalı olan siyasi, hərbi, iqtisadi və ekoloji təhlükələr yaradır.

“Artan qütbləşmə ölkələri yeni müttəfiqlər axtarmağa sövq edir ki, bu da qlobal təhlükəsizlik arxitekturasının zəifləməsinə gətirib çıxarır. Yaxın Şərq və Asiya-Sakit okean regionunda sürətli militarizasiya dünyanı uçurumun kənarına gətirə və nüvə münaqişəsi təhlükəsi yarada bilər”, - o deyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.