Avropa İttifaqı İrana yeni sanksiya tətbiq etdi
Avropa İttifaqı (Aİ) bazar ertəsi İranın Rusiyaya hərbi yardım göstərdiyi iddiasına görə ona qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə Aİ Şurasının rəsmi saytında məlumat qeyd edilib.
Sənəddə deyilir: “Bugünkü qərar raketlərin və pilotsuz təyyarələrin hazırlanması və istehsalı üçün istifadə olunan komponentlərin ixracı, ötürülməsi, tədarükü, İrana satışına qadağa qoyulmasını nəzərdə tutur”.
İranın ən böyük gəmi şirkəti olan “The Islamic Republic of Iran Shipping Line Group” və onun direktoru Aİ-nin “qara siyahı”sına salınıb.
Avropa İttifaqı həmçinin İran silah və sursatlarının daşınmasına görə Rusiyanın üç gəmiçilik şirkətinə - MG-Flot, VTS-Broker və Arapax-a qarşı sanksiyalar tətbiq edib.
Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı “Rusiyaya ballistik raketlər göndərdiyinə” görə İrandakı şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq etməyə razılaşıb.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək