XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Paşinyan Roma Papası ilə görüşüb

Paşinyan Roma Papası ilə görüşüb

Paşinyan Roma Papası ilə görüşüb
18-11-2024, 16:18

 Ermənistanın baş naziri Nikol Paşinyan Müqəddəs Taxt-taca (Vatikan) işgüzar səfər çərçivəsində Roma Papası Fransisklə təkbətək söhbət edib.
Bu barədə erməni baş nazir sosial şəbəkə hesablarında paylaşım edib.
Nikol Paşinyan görüşdən fotolar da yayıb.

"Mən Vatikanda qısamüddətli işgüzar səfərdə olacaq, bu gün qayıdacağam", - Nikol Paşinyan bildirib.

"Annanın səfəri daha uzun sürəcək" deyən baş nazir həyat yoldaşı Anna Akopyanın Vatikanda daha uzun müddət qalacağını bildirib.

Qeyd edək ki, kiçik qızı da onlarla səfər edib.

Paşinyan Roma Papası ilə görüşüb



XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.