XalqXəbər.Az

XalqXeber.Az » Dünya » İranda zəlzələ oldu - Xəsarət alanlar var

İranda zəlzələ oldu - Xəsarət alanlar var

İranda zəlzələ oldu - Xəsarət alanlar var
3-11-2024, 10:30

 İranın şimalında yerləşən Germsar şəhəri yaxınlığında 4,6 maqnitudalı zəlzələ nəticəsində azı 9 nəfər xəsarət alıb.

Bu barədə İRNA agentliyi məlumat yayıb. 

Bütün yaralıların yüngül bədən xəsarətləri aldığı bildirilib. Həmçinin zəlzələdən sonra şəhərdə bəzi abonentlərin işıq və internet bağlantısının kəsildiyi qeyd olunub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, təxminən 49,4 min insanın yaşadığı Germsar şəhərindən 5 km şimal-şərqdə baş verən zəlzələ yerin 35 km dərinliyində qeydə alınıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.