“Hizbullah” İsrailin kəşfiyyat bazasına yeni raket zərbəsi endirib
Livanın “Hizbullah” hərəkatı İsrailin Təl-Əviv yaxınlığındakı hərbi kəşfiyyat bazasına yeni raket zərbəsi endirdiyini açıqlayıb.
İdarə olunmayan raketlər İsrail Müdafiə Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin bir hissəsi olan və radioelektron kəşfiyyatla məşğul olan bölmənin “Qlilot” bazasına tərəf atılıb.
Öz növbəsində “The Times of Israel” qəzeti bu gün Livandan İsrailin Yuxarı Qaliley bölgəsi və Hayfa körfəzi ərazisinə azı 25 idarə olunmayan raket atıldığını yazıb.
Daha əvvəl İsrailin mərkəzindəki Tira şəhərinə raket hücumu nəticəsində 11 nəfər yaralanıb.
Qeyd edək ki, sentyabrın sonundan bəri İsrail Livanın cənubunda və Beyrutda “Hizbullah” infrastrukturlarını fəal şəkildə məhv edir. İsrail ordusu həmçinin Livanın cənubundakı sərhəd bölgəsindəki “Hizbullah” hədəflərinə qarşı məhdud quru reydlərinə başladığını da aşıqlayıb. “Hizbullah” isə hər gün İsrail ərazisinə raket zərbələri endirir.(Al Arabia)

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb