Ruslar 70 km-lik cəbhə boyu hücuma keçdi
Rusiya qoşunları Donbasda hücuma keçib. Bu hücumun ümumi cəbhəsi 70 km-dir.
Bunu finlandiyalı hərbi ekspert Emil Kastehelmi deyib.
O qeyd edib ki, ruslar son günlər Donetsk vilayətinin Uqledar, Kuraxovo və Selidovo ərazilərində irəliləyişlərini gücləndiriblər.
Kastehelmi qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, artıq bir neçə gün ərzində 100-dən çox toqquşma baş verib. Ekspert bunu Rusiyanın vahid genişmiqyaslı hücumunun bir hissəsi hesab edir:
"Ruslar bu yaxınlarda Donetskin şərqində və cənubunda 70 km genişlikdə cəbhədə böyük bir hücuma keçdilər. Bu zərbə cəmi bir neçə gün ərzində bir çox bölgələrdə Ukrayna müdafiəsini yarıb. Ümumi vəziyyət çox narahatedicidir və ukraynalılar tükəniblər. Qarşıdan gələn qış çətin keçəcək".

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb