Messinin toyunda yığılan məbləğ hamını təəccübləndirdi
İyunun 30-da Lionel Messi və Antonella Rokuzzo arasında nikah mərasimi keçirildi.
Rosario şəhərində baş tutan mərasimə dəvət alan qonaqlardan hədiyyə əvəzinə argentinalı ulduzun xeyriyyə fonduna vəsait köçürmək xahiş edilmişdi. “Marca” nəşrinə istinadən xəbər veririk ki, məşhur futbolçular və milyonçular da daxil olmaqla 260 nəfərin iştirak etdiyi toydan sözügedən fonda cəmi 9.5 min avro toplanıb.
“Nəzərə alsaq ki, Xerard Pike öz toyundan sonra kazinoda 11 min avro uduzub, bu məbləğ gülməli görünür” – deyə “Marca” yazır.
Messi toplanan vəsaitin həcminin mediaya sızmasından narazı qalıb. İspaniyanın tanınmış teleaparıcısı Aleksandro Fantino isə toyda iştirak edənləri “xəsis varlılar” adlandırıb.
Qeyd edək ki, “Barselona”nın hücumçusu toy mərasimində istifadə olunmayan qidaları da uşaq evinə göndərmişdi.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb