Kılıçdaroğlu və Özdağı məhkəməyə verəcəyini açıqladı
Türkiyədə müxalif İYİ Partiyasının qurucusu və keçmiş sədri Meral Akşener müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Kemal Kılıçdaroğlunu və Zəfər Partiyasının rəhbəri Ümit Özdağı məhkəməyə verəcəyini açıqlayıb.
Akşener Kılıçdaroğlunun onun şərəf və ləyaqətinə xələl gətirdiyini deyib.
Belə ki, bir neçə gün əvvəl K.Kılıçdaroğlu yerli mediaya açıqlamasında M.Akşenerin prezident seçkilərindən əvvəl müxalifətin koalisiyası olan “6-lı masa”nı tərk etməsinin, daha sonra isə geri qayıtmasının siyasi cəhətdən əxlaqlı addım olmadığını deyib. CHP-nin sabiq lideri Akşenerin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşünü isə müxalifətə xəyanət adlandırıb.
M.Akşener bu sözlərinə görə Kılıçdaroğlu barəsində məhkəmədə iddia qaldıracağını və bu məqsədlə sənədləri topladığını bildirib. O, oxşar iddia ilə Ümit Özdağı da məhkəməyə verəcəyini əlavə edib.(CNN Türk)

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı