SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » KİV: Sinvarın HƏMAS lideri seçilməsi İsraillə sülh danışıqlarını çətinləşdirə bilər

KİV: Sinvarın HƏMAS lideri seçilməsi İsraillə sülh danışıqlarını çətinləşdirə bilər

Tarix:

8-08-2024, 16:34

/ 355 dəfə oxundu.
KİV: Sinvarın HƏMAS lideri seçilməsi İsraillə sülh danışıqlarını çətinləşdirə bilər

 Yəhya Sinvarın Fələstinin HƏMAS hərəkatının Siyasi bürosunun yeni rəhbəri seçilməsi İsraillə Qəzza zolağında atəşkəslə bağlı danışıqları çətinləşdirə bilər.

Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Bildirilib ki, Sinvar HƏMAS lideri olarsa, ABŞ-nin Fələstində sülhün əldə edilməsi cəhdlərinə mane ola bilər. Onun İsraili güzəştə getməyə məcbur etmək üçün “sərt xətt” və “maksimalist mövqe” tərəfdarı olacağı qeyd edilir.

Öz növbəsində, İsrailin sağ təmayüllü siyasətçiləri HƏMAS-ın hərbi potensialının tamamilə məhv edilməsi və Sinvarın öldürülməsi məsələsində güzəştsiz mövqe tuturlar. Bu isə Baş nazir Benyamin Netanyahunun onlarla mümkün atəşkəs şərtlərini razılaşdırmasını çətinləşdirir.

Qəzet əlavə edib ki, HƏMAS-ın yeni liderinin İsrail ordusunun bir nömrəli hədəfinə çevrilməsi onun hərəkata rəhbərlik etməsinə və atəşkəslə bağlı danışıqlar aparmasına mane olur.

Xatırladaq ki, Sinvar avqustun 6-da HƏMAS Siyasi bürosunun rəhbəri seçilib.( TASS)

Şərhlər

XƏBƏR LENTİ