SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Həcc ziyarətində ölən zəvvarların yarıdan çoxu...

Həcc ziyarətində ölən zəvvarların yarıdan çoxu...

Tarix:

22-06-2024, 16:59

/ 364 dəfə oxundu.
Həcc ziyarətində ölən zəvvarların yarıdan çoxu...

 Həcc ziyarəti zamanı ölənlərin yarıdan çoxu qeydiyyatdan keçməmiş zəvvarlar olub.

Bu barədə “AFP Nyus” məlumat yayıb.

Bildirilib ki, qeyri-müntəzəm kanallar vasitəsilə Həcc ziyarətinə gedən zəvvarlar kondisionerli çadır və avtobuslara daxil ola bilməyib.

Məlumata görə, həcc ziyarəti zamanı 658 misirli, 200-dən çox indoneziyalı, 98 hindistanlı, 49 tunisli olmaqla, 1081 zəvvar yüksək temperatur səbəbindən həyatını itirib.

Ölənlər arasında Pakistan, Malayziya, İordaniya, İran, Seneqal, Sudan, Kürdüstan Muxtar Respublikası və ABŞ vətəndaşlarının da olduğu bildirilir.

Şərhlər

XƏBƏR LENTİ