BMT: May ayından bəri 1 milyona yaxın fələstinli Qəzza zolağından məcburi köçürülüb
İsrailin may ayında Rəfahda əməliyyatı aktivləşdirməsindən sonra Qəzza zolağında 1 milyona yaxın fələstinli yenidən məcburi köçkün vəziyyətinə düşüb.
Bu barədə BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Cenevrədə fəaliyyətə başlamış BMT İnsan Hüquqları Şurasının 56-cı sessiyasında rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında hesabatı təqdim edərkən bildirib.
“Qəzzada münaqişə tərəflərinin beynəlxalq insan haqları və humanitar qanunlara məhəl qoymamasından dəhşətə gəlmişik. Mayın əvvəlində İsrailin Rəfahda hərbi əməliyyatını gücləndirdiyi vaxtdan bəri 1 milyona yaxın fələstinli yenidən məcburi köçkün vəziyyətinə düşüb, yardımın çatdırılması və onlara çıxış imkanları daha da pisləşib. Digər tərəfdən, fələstinli silahlı qruplaşmalar bəzi hallarda əhalinin sıx məskunlaşdığı ərazilərdə çoxlu sayda girovu saxlamağa davam edərək onları və Fələstinin mülki əhalisini daha böyük risk altında saxlayır”, - o deyib.
BMT-nin insan hüquqları üzrə ali komissarı vurğulayıb ki, girovlar azad edilməlidir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək