SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Zəngəzur dəhlizi haqda gizli razılaşma - Münhen danışıqları

Zəngəzur dəhlizi haqda gizli razılaşma - Münhen danışıqları

Tarix:

20-02-2024, 18:20

/ 412 dəfə oxundu.
Zəngəzur dəhlizi haqda gizli razılaşma - Münhen danışıqları

 Münhen Təhlükəsizlik Konfransında iştirak edən Nikol Paşinyana Rusiya ilə əlaqələrin tamamilə qoparılması tapşırılıb.

Bu iddia ilə Ermənistan mediası çıxış edib.

Məlumata görə, Qərb nümayəndələri Nikol Paşinyana bir sıra vədlər veriblər:

“Almaniyada Paşinyana tapşırıblar ki, Rusiya ilə arasındakı əlaqələri tamamilə dayandırsın, Moskvanın regiondan sıxışdırılmasına dəstək versin”.

İddiaya görə, Qərb sadəcə bu tələblərin yerinə yetiriləcəyi halda Ermənistanı Azərbaycana qarşı müdafiə edəcəyini və Bakını dəhliz hədəfindən yayındırmağa çalışacağını bildirib.

Hətta baş nazirin erməni icması ilə görüşdə Ermənistanın Ukrayna məsələsində Rusiya ilə mövqeyinin fərqli olduğunu təkrar vurğulamasının arxasında bu məsələnin dayandığı qeyd edilir.

Şərhlər

XƏBƏR LENTİ