SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ərdoğan Putin-Zelenski görüşü TƏKLİF EDƏCƏK

Ərdoğan Putin-Zelenski görüşü TƏKLİF EDƏCƏK

Tarix:

8-02-2024, 10:04

/ 208 dəfə oxundu.
Ərdoğan Putin-Zelenski görüşü TƏKLİF EDƏCƏK

 Rusiya prezidenti Vladimir Putinin planlaşdırılan səfəri zamanı Türkiyə tərəfi onun Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə görüşünü təşkil etməyə hazır olduğunu bir daha bəyan edəcək.

Bu haqda Ankaradakı diplomatik mənbə “Ria Novosti”yə bildirib.

"Bildiyiniz kimi, cənab prezident Rəcəb Tayyib Ərdoğan sülh prosesində uduzan tərəflərin olmayacağı tezisi ilə çıxış edir. Səfər zamanı rəsmi Ankaranın liderlərin görüşünü təşkil etməyə hazır olduğu vurğulanacaq”, - agentliyin həmsöhbəti bildirib.Onun sözlərinə görə, eyni zamanda, Türkiyə münaqişənin həlli ilə bağlı öz ideyalarını heç bir tərəfin üzərinə qoymur.

"Türkiyənin əsas məqsədi qanı dayandırmaqdır. Başqa məqsədləri yoxdur. Tərəflər razılaşarsa, Türkiyə bütün lazımi vasitəçiliyi göstərməyə hazırdır", - diplomatik mənbə bildirib

Diplomatik mənbənin bildirdiyinə görə, Putinin Türkiyəyə səfəri aprelin sonu - mayın əvvəlində gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ