SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Qəzzada yeni atəşkəs?

Qəzzada yeni atəşkəs?

Tarix:

1-02-2024, 23:02

/ 344 dəfə oxundu.
Qəzzada yeni atəşkəs?

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari İsrail rəsmilərinin Qəzza zolağında müvəqqəti atəşkəs şərtləri ilə razılaşdığını bildirib.

Du barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Bildirilir ki, Qətər HƏMAS hərəkatı razılaşmanın şərtlərinə ilkin razılıq verib.

Qeyd edək ki, Qətər, ABŞ və Misir İsraillə HƏMAS hərəkatı arasında müvəqqəti atəşkəsə dair razılaşmanı yekunlaşdırır. Razılaşma iki mərhələdən ibarətdir və Qəzza zolağında iki ay müddətində atəşkəs dayandırılacaq. Bu müddət ərzində HƏMAS əsir götürdüyü uşaqları, qadınları, qocaları və yaralı girovları azad edəcək. Bunun müqabilində İsrail fələstinli məhbusları azad edəcək. Razılaşma həmçinin Qəzza zolağına gələcək humanitar yardımın yeni həcmlərini müəyyən edir.

Şərhlər

XƏBƏR LENTİ