Masallıda RƏZALƏT: DYP əməkdaşı sürücünün şəxsiyyət vəsiqəsini tapdaladı - VİDEO
Son günlər Dövlət Yol Polisi əməkdaşlarının sürücülərlə kobud davranmaları ilə bağlı şikayətlər nəzərəçarpacaq dərəcədə artıb. Bu qəbildən olan arzuolunmaz olaylardan biri isə Masallı rayonunda yaşanıb.
Başına gələnləri Savash.org-a danışan Masallı rayon sakini Aydın İslamov rayon DYP-nin kapitanı Şəmşir Kərimovdan şikayətçidir.
Şikayətçinin sözlərinə görə, idarə etdiyi avtomobili saxladan DYP kapitanı aralarındakı mübahisə zəminində onun sənədlərini, o cümlədən şəxsiyyət vəsiqəsini yerə tullayaraq tapdalayıb: "Bundan sonra mən şəxsiyyət vəsiqəmi yerdən götürmədən hadisə yerindən uzaqlaşdım, artıq neçə müddətdir ki, şəxsiyyət vəsiqəmin harada olmasından xəbərsizəm. Başıma gələnlərlə bağlı DİN-in 102 "qaynar xətt"inə və hüquq mühafizə orqanlıarına məlumat versəm də, bunun heç bir faydası olmayıb".
O, pozulmuş hüquqlarının bərpasını və DYP əməkdaşı adına yaraşmayan davranış sərgiləyən kapitan Şəmşir Kərimovun cəzalandırılmasını istəyir.
Sonda onun videomüraciətini də diqqətinizə təqdim edirik.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub