“8 kəlbəcərli uşağı sanki ət maşını doğramışdı...” - AzTV-dən iki təsirli sənədli film
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi Kəlbəcərin ilk şəhidləri olan 8 uşağın başına gətirilən faciə ilə bağlı sənədli film hazırlayıb.
Xalqxeber.az xəbər verir ki, QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, 1989-cu il iyulun 14-də baş vermiş hadisəyə həsr olunmuş film “Gizli qalsın” adlanır.
Hadisədən bir müddət əvvəl 8 erməni təxribatçı Kəlbəcərin Ağdaban kəndinə basqın edib, onlar sakinlər tərəfindən tutulublar. Tərk-silah edilən terrorçular Kəlbəcər milisinə təhvil veriliblər.
Faciəni də həmin erməniləri Xankəndinə aparmaq üçün gələn hərbi helikopter törədib. Belə ki, 8 uşaq stadionda vertolyotun ətrafına toplaşaraq bu nəhəng nəqliyyat vasitəsinə baxmağa başlayıblar. Helikopter havaya qalxanda qəzaya uğrayıb, pəri uşaqları tikə-parça eləyib. Həmin faciənin şahidi olan hər bir kənd sakini deyir ki, uşaqları sanki ət maşını doğramışdı.
Helikopterin pilotları 366-cı motoatıcı alayın sərxoş hərbçiləri olublar.
Bu faciə sovet dövründə gizli saxlanılıb, hətta hadisə ilə bağlı müxtəlif qurumlara dayanmadan şikayət edən valideynlərdən birinə susması üçün təzyiq göstərilib.
1991-ci ildə Kəlbəcər Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə rayon mərkəzində həlak olan 8 uşağın xatirəsinə abidə qoyulub.
Uşaqların ailələri filmdə 30 il sonra şəhidlərinin qəbrini tapıb ziyarət ediblər. Onlar evlərinə də baş çəkiblər, həmin hadisədən danışıblar, Kəlbəcərli xatirələrini bölüşüblər.
Həmçinin abidəni ziyarət ediblər, lakin kadrlardan da görünür ki, erməni cəlladları onu da dağıdıblar.
“Gizli qalsın” 17 iyul saat 21:30-da AzTV-də yayımlanacaq.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub