2 yaşlı uşağı oğurlayanlar onu bu evdə gizlədib - VİDEO
12 gün əvvəl Bakının Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Şixəliyevin gizlədildiyi yer məlum olub.
Xalqxeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, uşağı oğurlamaqda ittiham edilən Gültəkin Muradova və qeyri-rəsmi nikahda yaşadığı Şamil Əliyev onu Kürdəxanı qəsəbəsində saxlayıblar. Azyaşlını oğurlamaqla bağlı əvvəlcədən plan quran şəxslər uzaq bir qəsəbənin dalanında kirayə mənzil tutublar.
Evdə uşağa məxsus bezlər, müxtəlif oyuncaqlar olub. Mənzilin sahibinin qardaşı Şirinbala Abdulmanafovun bildirdiyinə görə, qardaşı evi Şamil Əliyevə aylıq 150 manata kirayəyə verib: “Heç bir ay deyildi ki, burada qalırdılar. İki-üç dəfə kişini görüb salam vermişəm. Bu müddət ərzində o uşağı heç çölə çıxarmayıb”.
Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, G. Muradova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onunla əlbir olan Şamil Əliyev və daha sonra uşağın atası Elgün Nəsirov da istintaqa cəlb edilib.
Xatırladaq ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub