AzTV əməkdaşlarının videosu yayıldı: "Qardaşcanı "plavki"mizin 70 dollar qiyməti var" - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Cibutiyə humanitar yardım göndərib.
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardımı yola salıb.
Məlumata görə, Cibutiyə humanitar yardımı aparan qrupun tərkibində Azərbaycan Dövlət Televiziyasının əməkdaşları da olub. Onlar Cibuti xalqının vəziyyətin və ölkəmizin dəstəyini işıqlandırmaq üçün həmin ölkəyə gediblər. Telekanalın operatoru Namiq Vəliyev və müxbiri Tural Həmidzadə bu ölkəyə yola düşən kimi ilk işləri video çəkib sosial şəbəkədə paylaşmaq olub.
Onların bu videosu böyük qəzəblə qarşılanıb. Videoda əməkdaşlar Cibuti ilə zarafatlaşıblar, onlar qeyd edib ki, "Hal hazırda kasıbların az olduğu "Kempinski" oteldəyik. Otel gördüyünüz kimi çox kasıb oteldir. Qardaşcanı "plavki"mizin 70 dollar qiyməti var"
Həmin görüntüləri təqdim edirik:
azxeber

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub