“Receb İvedik” azərbaycanlılara görə o kadrı filmdən sildi - Video-müraciət
Türkiyəli aktyor Şahan Gökbahar yeni çəkdiyi “Receb İvedik 5”də yer alan türk və azərbaycanlı boksçuların döyüş səhnəsini filmdən çıxarıb.
Bu barədə aktyor İnstaqram hesabında paylaşdığı videoda bildirib.
“Bildiyiniz kimi, iki gün öncə “Receb İvedik 5”in fraqmentini yayımladıq. Filmi çox böyük bir maraqla qarşıladınız, 10 milyondan çox izlənmə oldu. Bizi bununla qürurlandırdınız, çox təşəkkür edirik.
Onu deyim ki, filmdə azərbaycanlı boksçu ilə olan səhnə böyük səs-küyə səbəb olub. Mən filmlərimi gülmək və güldürmək üçün çəkirəm. Hər zaman da belə etmişəm.
Azərbaycan türkü qardaşımın narahatlığı könlümü yaralayar, bu, mənə xoş olmaz. Həmin səhnəni filmimdən sevə-sevə çıxarıram. Bu, qardaşlığımın, dostluğumun mərd şəkildə sübutu olsun. Həm də pis niyyətlə filmimin üzərinə gedən insanların oyunu pozulmuş olsun. Hamınızı çox sevirəm. Haqqınızı halal edin”.
Xatırladaq ki, Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AK partinin Adana üzrə millət vəkili Necdet Ünüvar da həmin döyüş səhnəsinə etiraz edərək onun filmdən çıxarılması üçün prodüserlə Ş. Gökbahara məktub yazacağını söyləmişdi.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub