iPhone 8-in heç yerdə olmayan görüntüləri
Hər kəs Apple şirkətinin payızda satışa çıxaracağı iPhone 8 modeli haqqında danışır.
Xarici mətbuata istinadən xəbər verir ki, Apple son zamanlar yeni iPhone modeli üzərində çalışır. iPhone telefonlarının 10-cu ildönümünə özəl dizayn olunan bu model iPhone 8 və ya iPhone X adı ilə tanınır. Məlumatlara görə, şirkət indiyə qədər qəbul olunmuş dizaynını tamamilə dəyişərək yeni bir layihə işləyir və bu buraxılışda bəzi Premium özəlliklərə yer veriləcək.
Yayılan xəbərlərə görə, iPhone 8-in ön tərəfində ekranı bütünlüklə əhatələyən OLED monitor olacaq və yüksək səviyyədə inkişaf etmiş axtarış sistemi yerləşdiriləcək. Bir sıra yeni xüsusiyyətlərin yer alacağı iPhone 8 yeni dizaynda qarşımıza çıxacaq.
Bu zamana qədər iPhone 8 modellərində ekranın altında mövcud olan barmaq izi ilə çalışan ekran oxuyucusunun yeni buraxılışda telefonun arxa hissəsinə, apple işarəsinin altına keçiriləcəyi fərziyyələr sırasında idi.
Amma yayılan şəkillərdən də göründüyü kimi barmaq izi oxuyucusunun ekranın ön hissəsində aşağıda yerləşdiyi diqqəti çəkir. Rəsmləri yayan Benjamin Geskin hazırda yaydığı şəkillərin prototip olduğunu, hələ model üzərində ciddi işlər getdiyini vurğulayıb. Həmin şəkilləri sizə təqdim edirik. 




Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub