Lənkəranda icra başçısının müavini "racon kəsir"... - İDDİA
Lənkəran şəhərinin icra başçısı Taleh Qaraşovun adı qalmaqallı məsələlərdə yenidən gündəmə gəldi. Bu barədə redaksiyamıza etibarlı mənbə məlumat verib. Belə ki, Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva vəzifə səlahiyyətindən istifadə edərək, uşaq baxçalarını və digər müəssisələri talamaqda davam edir. Hətda uşaq baxçalarına müdir təyinatını R. Əliyeva həyata keçirir. Etibarlı mənbənin verdiyi məlumatlara əsasən bildirilir ki, icra başçısı bütün səlahiyyətləri xanım müavininə həvalə edib. Bunun müqabilində “kassir” rolunu həyata keçirən Rəsilə Əliyeva qarşılıqlı şəkildə başçının “etimadını” doğruldur. Əldə etdiyimiz məlumatlarda daha sonra vurğulanır ki, uşaq baxçasına müdür təyinat 20 0000 AZN başa gəlir. Əlbətdə ki, qoyular məzəndə R. Əliyevanın deyil, birbaşa Lənkəran ŞİH başçısı Taleh Qaraşovun sifarişidir. Xatırladaq ki, qeyd etdiyimiz məlumatı Rasilə xanım özüdə təsdiq edib. Digər bir məlumatda isə vurğulanır ki, Rasilə Əliyevə Lənkəran şəhərində söz sahibidir. Lənkəranda elə bir müəssisə rəhbərliyi ola bilməz ki, R. Əliyeva ilə hesablaşmasın. “Qanunlara” tabe olmayan şəxs dərhal vəzifəsindən uzaqlaşdırılır. İndicə redaksiyamıza daha bir şok məlumat daxil oldu. Xanım müavinin övladı Əliyev Arif Faiq oqlu heç bir abuturiyent kitablarında adı olmadığı halda, Polis Akademiyasında hansı haqla təhsil alır? Növbəti yazılaımızda bu haqda ətraflı məlumat əldə edəcəksiniz.
Araşdırmalarımız davam edir…

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub