"WhatsApp" ən böyük problemi həll edir
Nömrə dəyişmək dərdi bitir.
"WhatsApp" çoxları üçün problemə çevrilən daha bir problemi həll etməyə başlayır. Məlumata görə, "WhatsApp"ın istifadə edildiyi telefon nömrəsinin dəyişməsi istifadəçilər üçün ciddi problem yaradırdı. İndi "Windows Phone" cihazlar üçün olan beta versiyanın tədbiqdə telefon nömrəsinin dəyişməsini siyahıdakı insanlara xəbər verən yenilik test edilməyə başlanılıb.
"WhatsApp"ın telefon nömrəsinə bağlı olması və həmin nömrənin hər hansı səbəbdən bağlanması istifadəçilər üçün ən çox problem yaradan məsələlərdən biridir. Yenilik bu barədə insanlara avtomatik xəbərdarlıq edən sistemə əsaslanır.
Təbii ki, istənməyən şəxslərə nömrənin göndərilməsinin qarşısını alan sistem də hazırlanıb. "WhatsApp" yeni özəlliyini aktiv etdikdən sonra istifadəçilər qarşısında 3 seçim olacaq. Onlardan biri siyahınızdakı bütün insanlara, ikincisi ancaq söhbət etdiyiniz şəxslərə yeni nömrənizin göndərilməsidir. Üçüncü versiya isə heç kimin yeni nömrədən xəbər tutmamasıdır.
Hələlik bu özəllik ancaq "Windows Phone" ya da "Windows 10 Mobile" istifadəçiləri üçün hazırlanıb. Bir müddət sonra "Android" və iOS tədbiqləri üçün də yenilik əlçatan olacaq.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub