“Facebook Messenger”də süni intellekt peyda oldu
"Facebook Messenger"də süni intellektli virtual köməkçi peyda olub.
Bu barədə şirkətin saytında məlumat verilib.
"M" adlı köməkçi danışıq zamanı ortaya çıxaraq istifadəçiyə kömək təklif edəcək və müxtəlif məsləhətlər verəcək.
Funksiya hazırda yalnız ABŞ ərazisində iOC və "Android" əməliyyat sistemləri ilə çalışan cihazlarda əlçatandır. Digər regionlarda isə yaxın vaxtlarda əlçatan olacaq. Ötən ilin dekabrından xidmət test rejimində işləyirdi.
Köməkçi "M" söhbətin məzmununu təhlil edərək və konkret sözləri izləyərək müvafiq funksional imkanları aktivləşdirir. Məsələn, köməkçi istifadəçi adından stikerlər göndərə və taksi çağıra bilər. Digər imkanlar sırasında isə danışıq zamanı istifadəçilərin olduqları məkanlar barədə məlumat mübadiləsini, qrup çatında sorğu aparılmasını göstərmək olar.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub