FM NETVORK MMC-nin rəsmi açıqlaması
Son günlər bəzi media resurslarında FM NETVORK MMC-nin fəaliyyəti ilə bağlı yayımlanan məlumatlarla əlaqədar ictimaiyyətə aşağıdakı açıqlamanı verməyi zəruri hesab edirik.
İlk növbədə bildiririk ki, yayımlanan material hazırlanarkən şirkətin mövqeyi öyrənilməyib və bizə hər hansı rəsmi sorğu ünvanlanmayıb. Bu səbəbdən məqalədə yer alan bir sıra iddialar birtərəfli xarakter daşıyır və həqiqəti əks etdirmir.
FM NETVORK MMC Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 1 iyul 2024-cü il tarixində dövlət qeydiyyatına alınmış və rəsmi fəaliyyət göstərən hüquqi şəxsdir. Şirkət məişət texnikası, aksesuarlar, o cümlədən qolbaqlar və digər məhsulların satışı ilə məşğuldur və fəaliyyətini qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirir.
Məqalədə şirkətin adında “NETWORK” əvəzinə “NETVORK” yazılmasının guya şübhəli hal kimi təqdim edilməsi də əsassızdır. Şirkətin adı Azərbaycan Respublikasının hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı tələblərinə uyğun şəkildə rəsmiləşdirilib və burada hər hansı qanun pozuntusundan söhbət gedə bilməz.
Həmçinin FM markalı məhsulların süni intellekt vasitəsilə hazırlandığı və ya təqdim edildiyi barədə iddialar tamamilə həqiqətə uyğun deyil. Şirkət istənilən vaxt məhsulların real nümunələrini təqdim etməyə və onların mövcudluğunu nümayiş etdirməyə hazırdır.
Qolbaqların və digər məhsulların guya bir neçə dollara alınıb dəfələrlə baha satılması ilə bağlı yayılan məlumatlar da heç bir sübuta əsaslanmır və həqiqəti əks etdirmir. Şirkətin satış qiymətləri bazar prinsipləri, logistika, idxal xərcləri və digər kommersiya amilləri nəzərə alınmaqla formalaşdırılır.
FM NETVORK MMC heç bir şəxsə “pul qoy, pul götür” prinsipi ilə fəaliyyət göstərməyi təklif etmir. Şirkətin əsas fəaliyyəti məhsul satışıdır. Məhsulların satışında iştirak edən fərdi satıcılara isə daxili satış sisteminə uyğun olaraq bonus xalları təqdim olunur. Bu bonuslar məhsul dövriyyəsinə əsaslanır.
Şirkət daxilində həyata keçirilən bütün ödənişlər tam şəffaf şəkildə bank kartları və rəsmi ödəniş sistemləri vasitəsilə qəbul edilir. Şirkətin fəaliyyət göstərdiyi ofislər rəsmi qeydiyyatdan keçib, kassa aparatları və POS terminalları ilə təmin olunub və maliyyə əməliyyatları qanunvericiliyin tələblərinə uyğun aparılır.
FM NETVORK MMC fəaliyyət göstərdiyi bütün dövr ərzində vətəndaşlara maliyyə piramidalarından və qanunsuz investisiya layihələrindən uzaq durmağı tövsiyə edib və bu mövqeyini bundan sonra da davam etdirəcək.
Bir daha bildiririk ki, yayılan əsassız iddiaları qəbul etmirik. Şirkətimiz fəaliyyəti ilə bağlı aidiyyəti bütün dövlət qurumları ilə əməkdaşlığa hazırdır və istənilən rəsmi sorğuya qanunvericiliyin tələblərinə uyğun şəkildə cavab verməyə hazır olduğunu bəyan edir.
FM NETVORK MMC ictimaiyyətə yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etməyi tövsiyə edir.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub