“Facebook” gündəlik 1 milyondan artıq profili bloklayır
“Facebook” sosial şəbəkəsi gündəlik 1 milyondan artıq profili bloklayır.
Bu barədə sosial şəbəkənin təhlükəsizlik xidmətinin rəhbəri Aleks Stamos bildirib. Bloklanmaya səbəb spamın yayılması, fırıldaqçılıq və nifrət, zorakılıq çağırışlarının əks olunduğu yazıların dərc edilməsidir.
Bununla belə, A. Stamos etiraf edib ki, şirkət heç də bütün təhlükələri aradan qaldıra bilmir. Bəzən isə “Facebook”un qaydalarına zidd olmayan yazılar və ya videolar da silinir.
A. Stamosun sözlərinə görə, səhvlər sosial şəbəkənin qaydaları ilə əlaqədar deyil, texniki səbəblərdən baş verir. O xatırladıb ki, sosial şəbəkə 100-dən artıq ölkənin qanunvericiliyinə uyğun şəkildə işləməlidir. Həmin ölkələrin bəzilərində isə nifrət yayan fikirlər və çağırışlar fərqli düşüncəyə malik insanlarla mübarizə məqsədilə istifadə edilir.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub