“Facebook”dan möhtəşəm yenilik
“Facebook” videorabitə ilə ünsiyyət üçün ilk qurğu hazırlayır.
"Bloomberg" agentliyinə istinadla xəbər veririk ki, "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək qurğu 13-15 düym diaqonallı böyük sensor ekran, enlibucaqlı "ağıllı" kameralar, süni intellektə malik mikrofon və dinamiklə təchiz edilib. Hazırda ev istifadəsi üçün nəzərdə tutulan qurğu prototipinin sınaqları keçirilir.
Yeni məhsul kateqoriyasına aid aparatın 2018-ci ilin yazında "F8" proqram tərtibatçıları konfransından sonra təqdim ediləcəyi gözlənilir. Şirkətin planlarına görə, səsli köməkçi funksiyanın qiyməti 100 dollar, videorabitə ilə ünsiyyət üçün qurğunun qiyməti isə bir neçə yüz dollar təşkil edəcək.
Bildirilir ki, videorabitə ilə ünsiyyət üçün qurğu ilə paralel "Facebook" məişət texnikasının səsli idarəetmə texnologiyasının hazırlanması ilə məşğuldur. "Ağıllı" mikrofon artıq "Amazon Echo" və "Google Home" şirkətlərinin texnologiyalarında quraşdırılıb. Mənbələrin məlumatına görə, şirkət "Siri" funksiyasına oxşar səsli köməkçinin hazırlanmasında kömək üçün keçmiş "Apple" əməkdaşlarını işə qəbul edib. Bununla belə, rəqabət fonunda "Facebook" səsli köməkçi funksiyanın hazırlanması fikrindən imtina edərək diqqəti videorabitə ilə ünsiyyət üçün qurğunun hazırlanmasına yönəldə bilər.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb