SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Dövlətin idman siyasəti yüksək səviyyədədir

Dövlətin idman siyasəti yüksək səviyyədədir

Tarix:

2-02-2017, 10:43

/ 3 593 dəfə oxundu.
Dövlətin idman siyasəti yüksək səviyyədədir

Gənclik həmişə həyatda və karyerasında uğurlar qazanmaqda maraqlıdır. Əlbəttə, bu uğurlar idman həyatı ilə bağlı olanda daha da cəlbedici görünür. Sözsüz ki, gənclərin qələbəsi, onların qazandığı yeni-yeni uğurlar digər gənclərə də stimul verir. Azərbaycan dövləti idmana böyük qayğı göstərir və bu qayğı siyasəti də özünü doğruldur.
Azərbaycan idmanı yeni dövrə qədəm qoyub və yeni başlanğıcın da önündə olimpiyaçılarımız gedir. Azərbaycan olimpiyaçılarının nailiyyətləri xalqımızın qürur mənbəyinə çevrilib. Onların göstərdiyi şücaət gənclərin istinad yeri olmaqla yanaşı, həm də vətənpərvərlik öyrəndiyi bir məsələdir.
Azərbaycan olimpiyaçıları son illər davamlı olaraq ölkəmizə medallar gətirir, qələbələr qazandırır. Gənclərin böyük coşğu ilə seyr etdiyi və qürur keçirdiyi 2008-ci il Pekin Olimpiadası yaddaşlarda Azərbaycana uğur gətirən bir olimpiada kimi qaldı. Bilirik ki, Azərbaycana ilk qızıl medalını qazandıran Elnur Məmmədli oldu. O, Pekin Olimpiya Oyunlarının çempionu kimi Vətənə döndü.
Dövlət başçımız idmana qayğı göstərir və idmançılarımıza inamla yanaşır. Hər dəfə Azərbaycan Prezidenti İlham Əliyev idmançılarımıza çox qiymətli tövsiyələr verir və onlara inamını ifadə edir ". Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır. Bu gün də bu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir. İdmançıların məişət problemlərinin həlli məsələləri yüksək səviyyədə təşkil edilir. Bütün bu amillər həm idmanın inkişafına böyük təkan verir, eyni zamanda, gənclərdə, yeniyetmələrdə, uşaqlarda idmana marağı artırır. Mən çox şadam ki, idman bölmələrinə axın kütləvi xarakter alıbdır. İndi idmanla məşğul olmaq üçün bütün şərait vardır. Biz idmanın inkişafı ilə bir neçə vacib məqsədi təmin edirik: ilk növbədə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırırıq, eyni zamanda, idmanın kütləviliyini təmin edirik. İdman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət almışdır və idman hər bir insanın sağlamlığı üçün çox mühüm amildir. İdman insanları həm fiziki cəhətdən sağlam edir, eyni zamanda, gözəl milli-mənəvi dəyərlərimizi idmançılara, uşaqlara aşılayır. Bir sözlə, Azərbaycanda idmanın inkişafına dair siyasət çox uğurludur və deyə bilərəm ki, bizdə olan təcrübə bəzi ölkələrdə öyrənilir və tətbiq edilir. İdmanın inkişafını müəyyən edən bütün amillər Azərbaycanda vardır. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər, hər il yüzlərlə medal qazanırlar. Həm Dünya, həm də Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, Azərbaycanın milli himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşı üçün böyük sevincdir, böyük fərəh hissi yaradır. Mən əminəm ki, bundan sonrakı dövrdə də idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər. İdmanın kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda geniş tikinti-quruculuq işləri aparılır...".
Olimpiya komplekslərinin tikintisi siyasətinə İlham Əliyevin rəhbərliyi ilə 2000-ci ildən başlanılıb və son 15 il ərzində, demək olar ki, bölgələrimizin çoxunda müasir olimpiya kompleksləri tikilib. Məlumdur ki, gənc idmançılar, uşaqlar bu imkanlardan səmərəli şəkildə istifadə edir. Bizim milli olimpiya komandamızın tərkibində olan idmançıların bəziləri öz idman fəaliyyətini məhz son illər ərzində tikilmiş olimpiya komplekslərində başlayıb.
Bu həm idmanın kütləviliyini təmin edir, eyni zamanda, gənc idmançılarımızın yetişdirilməsində də çox mühüm bir vasitədir".
Azərbaycan Respubliksının Prezidenti İlham Əliyev idman ilə bağlı çıxışlarında "Çox şadam ki, Azərbaycanda idmanın inkişaf dinamikası çox müsbətdir kəlimələrini dilə gətirir. Yeni gənc nəsil yetişir. İdman ardıcıllıqla inkişaf edir, idmanda nəsillər dəyişir və gənclər də böyüklərin, çempionların yerlərini tuturlar.
Gənclərin idmana olan marağı xüsusilə böyük əhəmiyyətə malikdir. Bu maraq, eyni zamanda, beynəlxalq yarışların nəticələrində də özünü göstərir. Gənclər arasında keçirilən birinci Ümumdünya Olimpiya Oyunlarında Azərbaycan idmançıları böyük uğurlar qazanmışlar və komanda hesabında 10-cu yeri tutmuşlar. Bu onu göstərir ki, idman Azərbaycanda ardıcıl şəkildə inkişaf edir, gənclər idmana böyük maraq göstərir. Beləliklə, bu bizə imkan verəcəkdir ki, bundan sonra bütün dövrlərdə gənc, istedadlı idman nəsli yetişdikcə uğurlarımız da davamlı olsun. Kütləviliyə gəldikdə, bir daha demək istəyirəm ki, əlbəttə, idman hər bir insan üçün gündəlik həyat tərzi olmalıdır. Mən idmanla məşğul olmağı hər bir vətəndaşa tövsiyə edirəm. İdmanın çox böyük xeyri vardır. İdman insanı fiziki cəhətdən möhkəm edir. İdmançılar, xüsusilə Azərbaycan idmançıları böyük mənəvi dəyərlərə malikdirlər. Təsadüfi deyildir ki, Azərbaycan cəmiyyətində idmançılara çox böyük hörmət vardır. Bu hörməti idmançılarımız həm öz qələbələri, həm də cəmiyyətdə olan fəaliyyətləri ilə qazanmışlar.
Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazana bilmişik. Bu gün dünyada Azərbaycan idman dövləti kimi tanınır. Biz beynəlxalq idman ailəsində layiqli yeri tuta bilmişik. Bu gün Azərbaycan idmançıları hər bir rəqib üçün çox ciddi sınaqdır və idman ölkəsi adını qazanmaq asan məsələ deyildir. Biz bu adı öz əməyimizlə, idmançılarımızın zəhməti, məşqçilərin əməyi ilə qazanmışıq. Eyni zamanda, Azərbaycanda idmanda idarəçilik sistemi də mükəmməldir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycandakı təcrübə bir çox ölkələrdə öyrənilir. Çünki bəzi hallarda idman federasiyaları, cəmiyyətləri və klubları arasında, Milli Olimpiya Komitəsi və nazirliklər arasında ziddiyyətlər vardır. Azərbaycanda isə bütün idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri və klubları vahid komanda şəklində fəaliyyət göstərir. Hər birimizin məqsədi ondan ibarətdir ki, ölkə idmanını inkişaf etdirək və Azərbaycanın uğurlarını təmin edək.
Düşünülmüş, məqsədyönlü proqramlar əsasında qurulan fəaliyyət gözəl nəticələrini verməkdədir. İdmançılarımızın beynəlxalq yarışlarda və olimpiya oyunlarında çıxışlarının dinamikasına nəzər salsaq, görərik ki, uğurlarımızın sayı ildən-ilə artır: "Həm olimpiya, həm qeyri-limpiya idman növləri üzrə idmançılarımız hər il yüzlərlə medal qazanır. Cənab Prezident qeyd edirdi ki, bəzi başqa ölkələrdə olduğu kimi, Azərbaycanda heç bir fərq qoymuruq, heç bir ayrıseçkilik edilmir. O deyirdi ki, həm ölkə Prezidenti, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi mənim üçün olimpiya və qeyri-olimpiya idman növləri arasında heç bir fərq yoxdur": Çünki bütün idmançılarımız Azərbaycan idmançılarıdır. Onlar bütün yarışlarda Azərbaycanı təmsil edirlər və çalışırlar ki, qələbə qazansınlar. Bizdə qələbə əzmi çox yüksək səviyyədədir. Ona görə Azərbaycanda həm olimpiya, həm də qeyri-olimpiya idman növlərinin inkişafı üçün çox gözəl şərait vardır".

Tofiq Hümbətov
Olimpiya İdman Kompleksinin direktoru

Şərhlər

XƏBƏR LENTİ