"Allah mənim bəlamı versin" - Rəşad Sadıqov
Premyer-liqanın son trunda "Zirə"nin "Qəbələ"ylə 2:2-lik bərabərliklə bitən matçdan sonra "Qəbələ" tərəfinin "Qarabağ"a ünvanladığı ittihamlara "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqov "CBC Sport" kanalında yayımlanan "3-cü hissə" verilişində cavab verib.
Kapitan "Zirə"ylə "Qarabağ"ın çox yaxın münasibətdə olduğunu deyənlərə: " "Qarabağ rəhbərliyi "Zirə" rəhbərliyi ilə heç bir-birini tanımır. Mənim "Zirə" rəhbərliyində münasibətim olan insanlar var ki, biri uşaqlıqdan bir-birimizi tanıyırıq, digəri isə qardaşım vasitəsiylə tanıyıb münasibət qurduğumuz adamlardır. Bu əlaqələr keçən ilə kimi daha sıx idi. Indi elə bir vaxt da yoxdur ki, görüşək, futboldan yenə söhbətlər edək. Əgər "Zirə" bizə bilərək xal verdisə və bunda mənim zərrə qədər də, olsun - payımın olduğun düşünürlərsə, Allah mənim bəlamı versin. Mən bu sözü bizə ittiham atan insanları inandırmaq üçün demirəm, mən mənə inanan "Qarabağ" sevərlərin ürəyinə şübhə düşməsin deyə belə danışmağa məcburam. Bu ittihamlar şaiyədən başqa bir şey deyil. "Qarabağ" "Zirə"dən qat-qat güclü komandadır. Bizim heç bir komandanın "hədiyyə"sinə ehtiyacımız yoxdur", - cavabını verib.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub