İslam Həmrəyliyi Oyunları üçün 500 min bilet satışa çıxarılacaq – Qiymətlər
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının biletləri martın 19-da satışa çıxarılacaq
Təşkilatçı qurumdan verilən məlumata görə, oyunlarda idmanın 20 növü üzrə 500 mindən çox biletin satışa çıxarılması nəzərdə tutulur.
İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər.
Qiymətləri 2 manatdan başlayacaq biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzləri isə “Park Bulvar”, “Gənclik” və “28 Mall”dur. Həmçinin Oyunların keçiriləcəyi 16 idman obyektində satış köşkləri fəaliyyət göstərəcək.
Bütün 190 idman sessiyası üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 manatdır. 16 yaşadək uşaqlar 13 idman arenasında yarışları pulsuz izləyə biləcəklər. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika stadionuna təyinatlı biletlərin qiyməti 1 manatdır. Digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasiminə biletlərin qiyməti 20-200 manat, bağlanış mərasiminə isə 10-100 manat olacaq.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub