AFFA “Sabah”ın məşqçisini niyə cəzalandırmadı?
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 22-ci turu ilə bağlı cəzaları açıqlayıb.
Həmin turda baş tutan “Qarabağ” – “Sabah” matçına görə bir sıra cəzalar verilsə də, qarşılaşmada olan dava barədə hansısa qərar qəbul edilməyib.
Belə ki, həmin matçın sonlarında “Sabah”ın məşqçisi Valerio Zuddas “Qarabağ”ın ehtiyat oyunçular skamyasına qeyri-etik jest etmişdi.
Nəticədə Ağdam klubunun məşqçilər heyəti və ehtiyat oyunçuları qarşı tərəfə hücum çəkmişdi. Baş verən davaya görə isə matç 7-8 dəqiqə dayanmışdı.
Maraqlıdır ki, əvvəlki matçlarda bu cür qeyri-etik jestlərə görə ağır cəzalar verilib.
Əgər AFFA İntizam Komitəsi görüntü olmadığını iddia edirsə, bu da cəzanın olmaması üçün bəhanə deyil.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra bunu etiraf edib və qarşı tərəfdən üzr istəmişdi.
Məsələ ilə bağlı AFFA İntizam Komitəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
“Qafqazinfo”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...