XalqXəbər.Az

XalqXeber.Az » İdman » ABŞ klubuna keçən Nəriman Axundzadə "Qarabağ"a təşəkkür edib

ABŞ klubuna keçən Nəriman Axundzadə "Qarabağ"a təşəkkür edib

ABŞ klubuna keçən Nəriman Axundzadə "Qarabağ"a təşəkkür edib
11-02-2026, 15:11

ABŞ-nin "Kolambus Kryu" klubuna keçən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə sosial şəbəkə hesabında paylaşım edib.

21 yaşlı hücumçu "Qarabağ" komandası ilə vidalaşıb.

O, "çox sağ ol, böyük "Qarabağ" ailəsi" yazıb.

Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.